12 Fevral 2015 08:43
985
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərədə yaşayan Lavrie ailəsində 200 il sonra ilk dəfə qız övladı dünyaya gəlib. 5 nəsildir ailədə doğulan bütün uşaqlar oğlan idi.
Teleqraf.com-un məlumatına görə, ən son Bessie Lavrie adlı qadın 1809-cu ildə Napoleon Bonapartın Avropanı titrətdiyi, İngiltərənin başına “Dəli” ləqəbi ilə anılan Kral III Geogun gəldiyi dövrdə doğulmuşdu. Mark və Hannah Lavrie cütlüyünün dünyaya gələn qızı isə 5 nəsillik ənənəni pozub.
Mylo adlı qızlarını qucaqlarına alan ailə iki əsirlik gözləmə müddətinin bitdiyini deyib. Onlar qızları olmasa idi yenidən qızlarının dünyaya gəlməsi üçün başqa uşaq dünyaya gətirmək istədiklərini də deyiblər. /musavat.com/

Müəllif: