12 Fevral 2015 23:45
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada ictimai nəqliyyat sahəsində “Google” və Rusiyanın “KamAZ”ından geri qalmamağa çalışırlar. Bu günlərdə Qrinviçdə ictimai nəqliyyatın yeni növünün layihəsi təqdim edilib. Bu, piyada əraziləri üçün pilotsuz avtomobilləridir.

Teleqraf.com vesti.ru saytına istinadən xəbər verir ki, “Lutz Pathfinder” adlı maşını Koventri şəhərində yerləşən “КВЬ Group” hazırlayıb və özü də istehsal edəcək. “Autodrive” layihəsi çərçivəsində artıq bu il 40 pilotsuz maşın Milton-Kins şəhərinin piyada zonalarında hərəkət edəcək.Güman edilir ki, “Lutz Pathfinder” yerli ticarət mərkəzinə gələnləri, əlilləri daşıyacaq, ya da sakinləri dəmiryolu vağzalınadək aparacaq.

Belə maşınları smartfon əlavəsinin köməyilə çağırmaq olar.İki adamlıq maşında baqaj yeri də var. Onu kompyuter idarə edir. Burada kamera, radar və lazer məsafəölçən də daxil olmaqla 22 sensor var. Batareyanın enerji ehtiyatı 65 kilometrə və ya 8 saata çatır. Elektromobilin sürəti saatda 24 kilometrədəkdir.


Müəllif: