16 Fevral 2015 05:44

"Apple" şirkəti texnologiya sahəsində qeyri-adi uğurları ilə yenidən diqqəti çəkib.

Belə ki, “Wall Street” jurnalına müsahibə verən “Apple” rəhbəri Tim Cook təxminən 1 il əvvəl elektrikli maşın istehsal etmək üçün müqavilə bağladıqlarını və mindən çox mühəndislə bu iş üzərində işlədiklərini bəyan edib.

Bununla yanaşı, qapalı şəkildə gerçəkləşdirilən layihənin kod adının “Titan” olduğu bəlli olub. Maşının gerçək adı isə “Apple car” ya da “İcar” olacaq.

Teleqraf.com-un məlumatına görə, gələcəklə bağlı önəmli fikirləri olduğunu açıqlayan Tim Cook, “Google” şirkətindən daha yaxşı məhsullar hazırlayacağını söyləyib.


Müəllif: