17 Fevral 2015 03:07

Avstraliyanın Çinçilla şəhərində "Melon Festival" çərçivəsində qarpızla sürüşmə yarışı keçirilib. Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata əsasən, yarış 21 ildir keçirilir.

Bu dəfə tədbirin tarixi ərzində ən çox ziyarətçi sayı qeydə alınıb. 4 gün ərzində festivala 15 mindən çox şəxs baş çəkib.

Festival çərçivəsində ümumilikdə təqribən 20 ton qarpız məhv edilib.

Qeyd edək ki, Çinçilla şəhəri Avstraliyanın "qarpız paytaxtı" hesab edilir.


Müəllif: