18 Fevral 2015 07:56

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda bu ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manatlıq xidmət göstərilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 13,9 faiz artıb. Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faizə bərabər olub.

Bu dövrdə əldə olunmuş gəlirlərin ümumi həcmindən 52, 5 faiz mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manat təşkil edib.Qeyd edək ki, 2014-cü ildə təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib, onların 56,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb.


Müəllif: