18 Fevral 2015 22:06
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən başlayaraq İstanbulda hava şəraiti kəskin dəyişib. Şəhərə yağan qar təsərrüfat işlərinə xeyli maneələr yaradıb.

Fevralın 18-də şəhərin bütün təhsil müəssisələri bir gün müddətinə bağlanıb. Bu müddətin uzadılacağı gözlənilir.

Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, şəhərin enerji və su təchizatında problemlər yoxdur. Buna baxmayaraq, ictimai nəqliyyatın normal fəaliyyəti pozulub. Metro yollarının buz bağlaması sərnişindaşımada ciddi əngəllər yaradıb. Şəhər daxilində və giriş-çıxış yollarında çoxlu sayda yol nəqliyyatı hadisəsi baş verib.

Bundan başqa, İstanbul hava limanları 350-dən artıq xarici və daxili uçuşları ləğv edib.

Şəhər rəhbərliyi sakinlərdən şəxsi avtomobillərindən mümkün qədər istifadə etməməyi xahiş edib. Hazırda şəhərin əksər hissəsində fasilələrlə qar yağmaqdadır.


Müəllif: