20 Fevral 2015 09:02
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada 1 saat içində rekord sayda qar adamı müqəvvalları hazırlanaraq bu sahədə dünya rekordu təzələnib.


Publika.az-ın məlumatına görə, qar müqəvvəlarının hazırlanmasında 600-dən çox adam iştirak edib. Ginnessin Dünya Rekordları komissiyası yeni rekord kimi 1 saat ərazində 1585 qar adamının hazırlanması nəticəsini rəsmən təsdiqləyib.


Tədbir Tokiodan şimal-qərbdə yerləşən İiyama şəhərində keçirilib. Rekordun Ginness komitəsi tərəfindən qeydə alınması üçün qardan düzəldilmiş hər bir müqqəvanın boyu azı 91 sm, sifət hissəsində mimika ifadəsi və digər bu kimi şərtlər yerinə yetirilməli idi.


Qar adamı müqəvvasının hazırlanmasında alətlərdən istifadə etmək qadağan olunur. Ginness komitəsi İiyama şəhərində yaponiyalı iştirakçıların əvvəlki 1279 müqəvvadan ibarət rekordu vurduqlarını təsdiqləyib.

Həmin rekord nəticəyə 2011-ci ildə ABŞ-da 350 iştirakçı nail ola bilib. Bu ayın əvvəlində Kanadanın Ottava şəhərində yüzlərlə insan 1 saat ərzində 1299 qar adamı müqqəvvası hazırlayaraq 2011-ci ilin rekordunu təzələdiklərini iddia etmişdilər.


Lakin həmin nəticə rəsmi təsdiq almadığından İiyamada qeydə alınan nəticə yeni rekord kimi tanınıb.


Müəllif: