24 Fevral 2015 22:03

Cənubi Afrika Respublikasında fillərə qoxuya görə partlayıcı maddələr axtarmağı öyrətməyə başlayıblar.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, təlimləri ABŞ Silahlı Qüvvələrinin ekspertləri və heyvan təlimçiləri aparırlar.

Fillər itlərdən fərqli olaraq, qoxuları daha uzun müddət xatırlaya bilirlər. Mütəmadi silahlı münaqişələrin baş verdiyi Anqolada bu heyvanlar ərazilərdə minaları sərbəst təyin etməyi və onlardan yan keçə bilməyi öyrəniblər.

ABŞ ordusunun ekspertləri fillərin hərbi əməliyyatlar zamanı istifadə edilməyəcəyini deyirlər.


Müəllif: