27 Fevral 2015 22:42

Vəhşi fillərin hücumu nəticəsində Hindistanda 10 nəfər ölüb, 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

9 fil Hindistanın Qərbi Benqaliya ştatının Bordjora və Beliator şəhər sakinlərinə basqın ediblər.

Teleqraf.com-un məlumatına görə, ümumi fillərin sayı isə 70-ə yaxın olub. Meşə Təsərrüfatı Departamentinin yaydığı məlumata görə, Qərbi Benqaliya ştatına fillərin hücumu son iki ayda artıb.

Fillər bu müddətdə təxminən 100 yaşayış məntəqəsinə hücum edərək əkin sahələrini və banan plantasiyalarını məhv edib. /modern.az/


Müəllif: