28 Fevral 2015 07:23

ABŞ-nın Oreqon ştatında naməlum şəxslər sahəsi 111 kv.m. olan evi oğurlayıblar.

Teleqraf.com The Washington Post saytına istinadan məlumat verir ki, evin yiyəsi daimi olaraq orada yaşamır və cinayət zamanı o, evdə deyildi.

Evin yox olduğunu görən ev yiyəsi dərhal polisə məlumat verdi. Yerli hüquq-mühafizə orqanlarını evi iki gün sonra 20 kilometr aralıda tapıblar.

Polislərin fikrinə görə, ev domkratlarla qaldırılıb, motorlaşdırılmış platformanın üzərinə qoyularaq aparılıb.


Müəllif: