3 Mart 2015 08:06
511

İngiltərədə yaşayan qadının 104 yaşı olmasına baxmayaraq, hələ də saçı ağarmayıb.

İngiltərədə yaşayan yaşlı qadının saçı hələ qəhvə rəngdədir. Ötən həftə 104 yaşını qeyd edən Coventry Freda Taylorun boyanmamış və ağarmamış saçları hər kəsin diqqətini cəlb edir.

Başında bir dənə belə olsun ağ tük olmayan qadın bunun sirrini açıqlayıb. 104 yaşlı Taylorun sözlərinə görə o, həyatı boyu içki və siqaretdən istifadə etmədiyi üçün saçlarının ağarmadığını deyib. /musavat.com/


Müəllif: