3 Mart 2015 16:54
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşmə səbəbindən buzlaqların əridiyini və qütb ayılarının yaşaması üçün yaralı sahələrin xeyli azaldığını artıq bilməyən qalmayıb.

Teleqraf.com xəbər verir ki, İtalya alimİ Marco Qaiotti bu şəkilləri Norveçdəki Svalbard adalarına səfəri zamanı çəkib. O, qütb ayılarının təbii mühitdə necə yaşadıqlarını müşahidə etmək üçün bir neçə nəfərlik qrupla səfərə çıxıb. Qaiotti çəkdiyi şəkillər haqqında bunları deyib:

“Planetin bu uzaq nöqtəsinə gələrkən tam belə bir anı yaxalamaq istəmişdim. Bir qütb ayısını təbii mühitdə çəkməyi planlamışdım. Bunlar isə indiyə kimi çəkdiyim ən gözəl çəkillərdir. Buzun üzərindəki ağ ayı bəlkə də Şimal Qütbünün gələcəyinin necə olacağını düşünür”.

Teleqraf.com alim Marco Qaiottinin çəkdiyi fotoları təqdim edir:

Rüstəm


Müəllif: