4 Mart 2015 11:28

Misir hökuməti ölkədə yeni piramida tikməyə qərar verib. Bunu Misirin Mənzil Fondu naziri Mustafa Madbuli bildirib.

Teleqraf.com buro247-ə istinadən xəbər verir ki, yeni piramida eyni zamanda ölkənin ən hündür tikilisi olmalıdır. Bu barədə Misirin "The Cairo Post" qəzeti xəbər verib. Göydələn piramida Qahirənin qərb hissəsində inşa ediləcək. Buradan qədim piramidaların olduğu Gizəyə nəqliyyatla 30 dəqiqəlik yoldur.

Piramidanın hündürlüyü 200 metr olacaq. Tikili 798 min kv.metr ərazidə inşa ediləcək. Yeni piramidanın tikintisinə nə qədər vəsait xərclənəcəyi isə açıqlanmayıb. Misir hökuməti hesab edir ki, yeni piramida ölkəyə turist axınını artıracaq, bu isə iqtisadi artıma təsirini göstərəcək.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif: