5 Mart 2015 23:43
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya sahillərində dünyanın ən vahiməli varlıqlarından biri yaxalanıb. Qəribə xarici görünüşü ilə fantastik filmlərdəki qorxu obrazlarını xatırladan qeyri-adi balıq, Avstraliya Milli muzeyinə bağışlanıb.

Okeanın dərinliklərinə yaşadığı üçün bu çirkin balıqlara rast gəlmək nadir hallarda mümkün olur. Odur ki, bu qoblin köpək balığı haqqında elmi məlumatlar da o qədər çox deyil. Ehtimal olunur ki, yer kürəsində bu balıqların yaşı 125 milyon ilədək uzanır.

Alimlər belə bir canlının mövcudluğundan xəbərdar olsalar da bu nadir canlını ilk dəfə yaxından görmək mümkün olub. Vahiməli balığın muzeyə təhvil verilməsində məqsəd onun qorunub-saxlanmasıdır. Bu yolla elm xadimləri sözügedən canlının fizionomiyası ilə bağlı ətraflı məlumat əldə edəcək.

Qeyd edək ki, bundan əvvəl dənizin dibinə endirilən kameralı robotlarla bu nadir balığın hərəkətləri izlənilib. Balıqçılar tərəfindən təsadüfən yaxalanan dəniz canavarının üzərində aparılacaq araşdırmalar bu canlılarla bağlı yeni faktların üzə çıxmasına zəmin yaradacaq.


Müəllif: