6 Mart 2015 02:31

Elm adamları ilk insanlardan birinə aid olmasını ehtimal etdikləri çənə sümüyü tapıb.

Axar.az xəbər verir ki, araşdırmalar çənə sümüyünün 2 milyon 800 min il öncə yaşayan bir insana olduğunu göstərib.

Efiopiyada tapılan çənə sümüyü ilə bağlı tədqiqatlara Nevada Univeristetinin professoru Brian Villmoare rəhbərlik edib. Onun sözlərinə görə, bu tapıntı insan təkamülündəki ən əhəmiyyətli keçid müddətinə dair məlumatlar əldə etmək üçün elm adamlarına ipucları verir.

Qeyd edək ki, 1974-cü ildə eyni ərazidə tapılan və “Luci” adı verilən insanabənzər canlının qalıqları üzərində araşdırma aparan alimlər onun təkamül nəticəsində ibtidai insana çevrildiyini bildirmişdi. İndi tapılan alt çənənin sol hissəsinə aid və üzərində 5 diş olan sümük isə ölçülərinə görə ondan daha kiçikdir.


Müəllif: