21 Mart 2015 22:24
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon xanım Tsakimi Ayano ilk müqəvvanı 13 il əvvəl düzəldib və bu məşğuliyyət onun çox xoşuna gəlib. Bu gün onun Sikoku adasında yerləşən doğma Naqoro kəndində artıq 150 müqəvva "yaşayır".

Bu əsgi-üsgü yığınından ibarət "sakin"lərin hər biri Ayanoya köhnə qonşularını xatırladır: onlardan kimisi ölüb, kimisi işləmək üçün şəhərə gedib. Nə vaxtsa xeyli əhalisi olan Naqoroda indi cəmi 35 pensiyaçı qalıb - müqəvvalar yaşlı kəndlilərə özlərini tənha hiss etməməyə kömək edir...

Bu, bütün Yaponiya üçün ağrılı məsələdir: əhali yaşlaşır, onun sayı ildən-ilə azalır, gənclər isə meqapolislərdə yaşamaq üçün kəndləri tərk edirlər...

Teleqraf.com Trend-ə istinadən əksər sakinlərinin müqəvva olduğu Naqoro kəndindən görüntüləri görüntüləri təqdim edir.


Müəllif: