20 May 2014 19:49
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Bakıda olan türkiyəli müğənni Əhməd Şəfəq Azərbaycanda film çəkəcək.

Sənətçi bu barədə Aktual.az-a özəl məlumat verib: “Sabah İstanbula qayıdıram. Filmə artıq hazırıq. Avqustun sonunda ilk səhnələri çəkməyə başlayacağıq. Sentyabrın əvvəlində çəkilişləri bitirməyi planlaşdırırıq. Rejissorlar Türkiyədən gələcək.

Bundan başqa 3 aktyor türk olacaq. Digər heyət üzvləri Azərbaycandan seçiləcək. Filmi Türkiyənin kino texnikasına uyğun çəkəcəyik. İnanıram ki, çox gözəl alınacaq”.

Film 1992-ci ildə real həyatda yaşanan hekayədən bəhs edir: “1990-cı illərin əvvəlindən bu günə qədər dövrü əhatə edəcək. Parçalanan ailə bütövləşəcək. Hər şey Türkiyədən gələn insanın Bakıya gəlişi ilə başlayacaq. O insanın öz problemləri var. Həm qızın, həm oğlanın iç dünyası açılacaq. Bu həm eşq hekayəsidir, həm də Qarabağla çox ciddi əlaqəsi olacaq”.


Müəllif: