8 İyul 2015 09:22
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da dəhşətli təyyarə qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Karolina ştatının Çarleston şəhərindən 11 mil şimalda baş verib. Qəza zamanı F-16 döyüş təyyarəsi ilə Cessna C-150 tipli kiçik təyyarə toqquşub.

Rəsmilər hadisə zamanı qırıcının pilotunun təyyarədən tullanmağa nail olduğunu bildiriblər. Digər təyyarə ilə bağlı heç bir məlumat verilmir.

Hadisənin dəqiq səbəbləri məlum deyil.

Samir


Müəllif: