8 İyul 2015 14:26
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin Cumhuriyyət Xalq Partiyasından (CHP) olan məclis üzvü Hüseyn Sağ döyülüb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə Türkiyənin Istanbulda Kadiköy məhəlləsində qeydə alınıb.

Polisə ifadə verən Sağ günorta saatlarında idman zalına getmək üçün evindən çıxıb maşınına əyləşdiyini, mənzilindən 150 metr uzaqlaşdıqdan sonra başqa bir avtomobilin onun idarə etdiyi avtomobili arxadan vurduğunu deyib. Hadisədən sonra maşından enən Sağ tanımadığı 3 şəxs tərəfindən döyülüb. Boksla məşğul olmasına baxmayaraq, Sağ verdiyi ifadədə təcavüzkarlara müqavimət göstərmədiyini deyib.

Məsələ ilə bağlı polis axtarışlara başlayıb.

Samir


Müəllif: