10 İyul 2015 13:44
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa vilayətinin milisi gənc qadını döyən iş adamı barəsində cinayət işi açıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, zərərçəkən qadın yanından keçən və ona toxunan kişiyə iradını bildirib. Buna cavab olaraq iş adamı qızı nokdaunda göndərib.

Bu cinayət hadisəsi ölkədə böyük rezonans doğurub. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Hadisə şahidlərinin ifadəsi əsasında qadına ölümcül zərbə endirən iş adamının şəxsiyyəti müəyyən edilib. O, avtomobilinin nömrəsinə əsasən tapılıb. Onun İzmail şəhər sakini Vyaçeslav olduğu bildirilir.

Hadisə nəticəsinə zərərçəkən qapalı kəllə-beyin zədəsi alıb, beyni silkələnib, gözü zədələnib və burnu sınıb.

Teleqraf.com hadisənin görüntülərini təqdim edir.

Nihad


Müəllif: