15 İyul 2015 08:35

Son vaxtlar saxta ballar həqiqi balların yerini almaqdadır. Bu, nədən irəli gəlir və həqiqi balı saxtasından necə ayırd etmək olar?

Balın kimyəvi tərkibi 20 faiz sudan, 75 faiz şəkərdən və 5 faiz başqa maddələrdən ibarətdir. Balın təbiiliyini müəyyən etmək üçün ilk növbədə onun standartı müəyyənləşdirilməlidir. Ölkəmizdə isə balın standartı hələ tam aparılmayıb.

Trend-in məlumatına görə, Arıçılıq laboratoriyasının elmi işçisi Əli Allahverdiyev Kəpəz TV-yə (Region TV) bildirib ki, sertifikatın olmamasından bir çox saxta bal istehsalçısı var ki, heç arısı yoxdur, amma bal satır: "Azərbaycan bazarına çoxlu miqdarda saxta bal daxil olur. Bu da onunla bağlıdır ki, ölkədə balın keyfiyyətinin yoxlanması məsələsi tənzimlənmir və idarə olunmur".

Bəs saxta balı həqiqi baldan necə ayırmaq olar? Mütəxəssislər bunun yalnız laborator şəraitdə mümkün olduğunu desələr də, el arasında bir çox sınaqlar mövcuddur...

MəsələnI bir qaşıq balın üzərinə 1 damcı yod əlavə edilir. Əgər yod bala qarışarsa saxta, qarışmazsa bal həqiqi bal sayılır. Və ya kimyəvi qələmi bala salarkən rəngi ətrafa yayılarsa, demək, bal saxtadır.

Çiçəkdən çəkilən nektarın bala çevrilməsi üçün balda müəyyən kimyəvi proseslər getməlidir. Arıçılar bu zamanı gözləyib sonra balı çəkməlidirlər. Əks halda, xoşagəlməz hallarla qarşılaşa bilərlər.


Müəllif:
Загрузка...