15 İyul 2015 01:41
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, psixoloqlar selfi aludəçiliyini qətiyyətlə müalicə tələb edən psixi pozğunluq adlandırıblar.

Mobil telefonun kamerasının köməyi ilə öz şəklini çəkməyi sevən həvəskarları üç qrupa ayırıblar. Birinci mərhələdə adam gündə təqribən üç dəfə öz şəklini çəkir, lakin bu şəkilləri internetdə yerləşdirmir. Şəkillərini sosial şəbəkələrdə paylaşanda artıq ikinci mərhələ başlayır. Bu mərhələdə selfi həvəskarının artıq peşəkar psixoloqa ehtiyacı olur.

Üçüncü mərhələdə adam artıq gündə altı şəkil çəkdirərək, onları daim şəbəkədə yerləşdirir. Onun bu halı artıq nevrozdur. Bu mərhələdə adam oxucuların fikrindən o qədər asılı olur ki, daim kənar adamlardan selfiyə reaksiya gözləyir və bu asıllığın öhdəsindən müstəqil gələ bilmir.

Əvvəllər alimlər qeyd edirdilər ki, tez-tez öz şəklini çəkib internetdə yerləşdirən kişilər psixopatiyaya meyllidirlər. Bundan başqa, kişilərin şelfi həvəsi həm də özünə vurğunluğun əlamətidir.


Müəllif: