17 İyul 2015 09:49
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kosmik agentliyinin New Horizons zondundan çəkilmiş fotoşəkillərdə Pluton üzərində Şimali Amerikadakı Qayalı Dağlar hündürlüyündə buz kütlələlərini görmək olar.

Bununla yanaşı NASA zondu planet və onun təbii peyki olan Charonda geoloji aktivlik əlamətlərini aşkar edib.

Planetin ilk görüntüləri çərşənbə günü yayımlanıb. Fotolarda son 100 milyon il ərzində baş verən vulkanik proseslər nəticəsində planetin səthindəki geoloji dəyişiklikləri görmək olar, NASA missiyasının elmi əməkdaşı John Spencer jurnalistlərə deyib.

“Biz bu görüntüdə bir dənə olsun da zərbə ilə əmələ gələn krater tapa bilmədik. Bu, səthin gənc olduğunu göstərir”.

Con Spenserin sözlərinə görə planet üzərindəki metan, karbon və nitrogen örtüyü dağların əmələ gəlməsi üçün kifayət etmir və çox güman ki, Plutondakı dağlar buz kütləsindən ibarətdir.

null
Pluton planetinin indiyədək çəkilmiş ən müfəssəl fotosu.

Plutona 12,500 kilometrlik məsafədə yaxınlaşdığı zaman, New Horizons Günəş sisteminin kandarında yerləşən bu cırtdan planet barədə xeyli sayda məlumat toplamağa müvəffəq olub.

Kosmik zonddan göndərilən imiclər indiyədək Plutonu əks etdirən görüntülərdən əhəmiyyətli dərəcədə keyfiyyətlidir.

NASA zondu Pluton planeti yaxınlığından saniyədə 14 km sürətilə yan keçib.

Bundan əvvəl kosmik aparatdan NASA-ya zondun vəziyyəti barədə telemetrik məlumat göndərilib və robotlaşdırılmış rejimdə işləyən zond bütün radio antenalarını Pluton istiqamətinə tuşlayıb.

New Horizons NASA ilə növbəti radio əlaqəyə yalnız kifayət qədər məlumat topladıqdan sonra çıxacaq. Aparatın göndərdiyi radiosiqnal yerə çatanadək 5 milyard km məsafə keçməlidir.

null

New Horizons aparatının 2,370 km diametri olan Pluton planetinin yaxınlığından uçması anı kosmosun fəthi tarixində əlamətdar an sayılır.

Missiyanın uğurla başa çatması Günəş sisteminin "klassik" 9 planetinin ilkin tədqiqatı mərhələsinə yekun vuracaq.

Bu o deməkdir ki, Merkuri planetindən tutmuş Plutona qədər həmin 9 planetdən hər birinə tədqiqat məqsədilə heç olmasa bir dəfə kosmik zond göndərilib.


Müəllif: