20 İyul 2015 01:55

Şimali Afrikanın Jeffrey körfəzində sörfing edən üç qat dünya çempiyonu Dünya Sörf çempionatı J-Bay Open finalında Mik Feninq köpək balığının hücumuna məruz qalıb.

Feninq köpək balığının hücumundan xəsarət almadan xilas olub.

Arxadan yaxınlaşan köpək balığının gəldiyini hiss edən idmançı canını qurtarmaq üçün yumruq və təpiklərlə balığı özündən uzaqlaşdıra bilib.

Canlı yayımda baş verən hadisə təşkilatçıların gözündən yayınmayıb. Dərhal qayıqlarla Feninqin köməyinə gediblər. Sudan çıxarılan idmançı, bəxtinin gətiridiyi üçün yaşadığını bildirib.

Hadisəyə görə final məlhələsinin yarışları başqa günə keçirilib.

Şimali Afrika sahilləri köpək balıqlarını ən çox olduğu ərazilərdən biridi./Ans/


Müəllif:
Загрузка...