23 İyul 2015 16:55

Niderland sakini, 41 yaşlı Dominik Lisberal öz itinə ərə getməyə hazırlaşır. Onun əvvəliki "əri" - pişiyi öldükdən sonra Dominik belə qərar verib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Dominikin Doerk adlı pişiyi bu yaxınlarda böyrək çatışmazlığından dünyasını dəyişib: "Doerklə vidalaşmaq dəhşət idi. Onunla 3 yaşından bir yerdə yaşayırdıq. 16 il idi ki birlikdə idik".

Hazırda Dominik Treviz adlı iti ilə evlənməyə hazırlaşır. O, həmin iti Yunanıstanda çimərlikdə tapıb.

Dominik 2003-cü ildən açdığı saytda heyvanlarla nikah bağlama xidməti də həyata keçirir: "Kilsə nikahından fərqli olaraq, bizim bağladığımız nikahda boşanmağa icazə verilmir. Mən istəmirəm ki, kimsə sevimli heyvanından ayrılsın. Bizim hamımıza təmənnasız sevgi lazımdır. Bu cür sevgini insanla yaşamaq çox çətindir".

Qeyd edək ki, bundan əvvəl Meksika şəhərinin merinin ikinci dəfə timsahla evlənməsi barədə xəbər yayılmışdı.

Nihad


Müəllif:
Загрузка...