31 İyul 2015 12:17
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə “Mavi Ay” görünəcək. "Mavi Ay" təbiət hadisəsi yüzi ldə 5 dəfə baş verir.

Teleqraf.com-un məlumatına görə, nadir təbiət hadisəsi olan "Mavi Ay" sonuncu dəfə 2012-ci ilin avqustunda müşahidə olunub.

Dünyada meydana gələn vulkanik partlayışlar və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti ilə bağlı olaraq mavi tonlarda görünən tam ay ilk dəfə 1883-cü ildə tam şəkildə müşahidə edilib.

Əslində Ayın rənginin dəyişmədiyi, toz buludları səbəbi ilə göründüyünü bildirən astroloqlar "ən mavi ayın" 1991-ci ildə göründüyünü bildirirlər.

Növbəti dəfə Mavi Ayı 2018 və 2020-ci illərdə müşahidə etmək mümkün olacaq. 2018-ci ildə bu prosesin yanvar ayında olacağı pronozlaşdırılır.

İlk dəfə "Mavi Ay", termin olaraq 1946-cı ildə “Sky& Telescope” jurnalı tərəfindən istifadə edilib.

Rüstəm


Müəllif: