31 İyul 2015 21:58
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 22 yaşlı qız sevgilisinin tapançası ilə özünü vurub.


Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Kütahyada baş verib. Aysun Altayın bir müddət əvvəl Manisada qardaşının təcavüzünə məruz qaldığı, bu səbəbdən depressiyaya düşdüyü bildirilir.

Aysun Altay qaldığı evdəki sevgilisi M.Y.-yə aid tapança ilə ürəyindən vurub. Cəsəd evə gələn M.Y. tərəfindən aşkar edilib.

Məlumata görə, mərhum daha əvvəl iki dəfə biləklərini kəsərək intihar etməyə çalışıb. Təcavüzə məruz qaldıqdan sonra Manisadan Domaniçə köçüb.

Aysun intihar etmədən əvvəl sevgilisinə məktubda yazıb: "Həyatdan bezdim. Mənə görə üzülmə"

Polis hadisə ilə istintaqa başlayıb.

Rüstəm


Müəllif: