14 İyun 2014 19:52
1 553

Amerikada yaşayan eks-spiker Rəsul Quliyev yeni açıqlamalar verməyə hazırlaşır.

Deyilənə görə, Rəsul Quliyev yenə də ənənəsinə sadiq qalaraq müxalifət partiyalarını, xüsusilə Milli Şura və Müsavatı hədəf alacaq. Ancaq Rəsul Quliyevin nəyə görə, məhz bu məqamda müxalifəti hədəfə alacağının səbəbləri bəlli deyil. Bu arada o da bildirilir ki, Rəsul Quliyev Azərbaycanda ona sadiq olan şəxslərlə mütəmadi əlaqə saxlayır və onlarla bəzi məsələləri məsləhətləşir. Bu şəxslərdən biri də sabiq deputat Zəminə Dünyamalıyevadır.

Zəminə xanım da açıqlamalarında daima müxalifəti vurur və əsas partiyaların liderlərini istefaya səsləyir.


Müəllif: