2 Aprel 2016 08:48
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 20-30 ildən sonra Mars planetinin orbitinə ilk kosmonavtları çatdıracaq “SLS” raketdaşıyıcılarının və “Orion” kosmik gəmilərinin buraxılışı üçün gələcək start meydançasının inşasının birinci mərhələsinə başlayıb. Bu barədə kosmik agentliyin mətbuat xidmətinin məlumatında deyilir.

Teleqraf.com “ICTnews”-a istinadən cəbər verir ki, ötən ilin sonunda “NASA” Marsa insanın göndərilməsi ilə bağlı yeni planlarını açıqlayıb. Plana görə, Qırmızı planetin səthinə ilk kosmonavtlar 2030-cu illərin ortalarında enəcək. Proqramın əsas elementləri hazırlanması 2018-ci ildə başa çatacaq “SLS” raketdaşıyıcısı və “Orion” kosmik gəmisindən ibarətdir.

Marsa uçuş üçün bu iki detal prezident Barak Obama dövründə ləğv edilən “Constellation” proqramının - astronavtları 2018-ci ildə Aya, 2020-2030-cu illərdə isə Marsa çatdırmasını nəzərdə tutan “Ares” ailəsindən olan raketlərin və “CEV” kosmik gəmisinin tərkib hissəsidir.

Göyərtəsində “Orion” kosmik gəmisini daşıyan “SLS” raketdaşıyıcısının buraxılışı prinsip etibarilə özündə bu yüksək ağırlığa malik raketi və “NASA”-nın yeni kosmik gəmiləri ilə uyğunluq təşkil edən uçuşa hazırlıq sistemlərini birləşdirə biləcək yeni start meydançasını tələb edir. Belə platformanın tikintisi və Kennedi adına Kosmik Uçuşlar Mərkəzində mövcud sistemlərin modernləşdirilməsi ilə bağlı planlar ötən il ərzində hazırlanıb və bu yaxınlarda “NASA”-nın rəhbərliyi tərəfindən təsdiqlənib.

Məlumata görə, hazırda mərkəzin mühəndis və mütəxəssisləri Kanaveral kosmodromunda “SLS” raketdaşıyıcısının kosmosa göndərilməsi üçün “LC-39B” start meydançasının modernləşdirilməsi üzrə ilkin işlərə başlayıblar. Agentlik mütəxəssisləri ümid edirlər ki, buraxılış sistemlərinin yanacaqdoldurma, daşınma sistemləri və digər komponentləri 2018-ci ildə “SLS”-in və “Orion”un ilk buraxılışına hazır olacaq.
Artıq Kennedi adına Kosmik Uçuşlar Mərkəzində kosmik gəminin prototipinin yığılmasına başlanılıb, “Orion”un ilk detalları isə bu ilin fevralında Floridaya gətirilib. Sistemlərin bir qisminin, o cümlədən gəminin servis modulunun “NASA”-nın Avropa tərəfdaşları tərəfindən hazırlanması nəzərdə tutulur


Müəllif: