7 Aprel 2016 08:34
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Votsap özünün mesajlaşma xidmətindən istifadə edənlərin mesaj mətnlərini çərşənbə axşamından etibarən şifrləməyə başlayıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, şirkətin yaydığı xəbərə görə, "end-to-end encryption" üsulu ilə şifrələnən mətnlər, göndərənin smartfonundan çıxan kimi şifrələnir və yalnız həmin mesajın ünvanı olan smartfonda qəbul edildikdən sonra deşifrə olunur.

Vatçap mesajlarını kriminallar və təhlükəsizlik xidmətləri oxuya bilməyəcək.

Milyardlarla istifadəçisi olan Vatçap gələcəkdə tətbiq çərçivəsində edilən səsli telefon zənglərinin də şifrələnəcəyini vəd edib. Facebooka aid olan Vatçap şirkəti fərdi rabitələşmənin məxfiliyinin qorunmasını özü üçün əsas prinsip saydığını bildirib.

Şifrələmə məsələsinin aktuallığı ABŞ-da Federal Təhlükəsizlik Xidmətinə (FBI) silahlı hücum etmiş California sakini Syed Farook-un iPhone cihazını yarmaq xahişilə Apple şirkətinə müraciət etdikdən sonra qabarıqlığı ilə ortaya çıxıdı.

Şifrələnmə ilə bağlı Vatçap bildirib: "İdeya çox sadədir, sizin mesajınızı yalnız ünvanladığınız adam və ya qrup oxuya bilər, başqa heç kimin həmin mesajı oxumaq imkanı olmayacaq. Nə kibercinayətkarların, nə hakerlərin, nə repressiv rejimlərin, nə də bizim”.

Applikasiyanın son versiyası ilə istifadəçilər mesajların göndərişlərində dəyişiklik barədə xəbərdar ediliblər. Amnesty International bu hadisəni alqışlayaraq "söz azadlığı üçün böyük qələbə" adlandırıb.

FBI prokuroru James Baker, xəbərlərə görə, şifrələnməni tənqid edib. "Bu addım təhlükəsizlik orqanlarının işini çətinə salacaq", o, deyib. James Baker bu fikri Məxfilik Peşəkarlarının Beynəlxalq Assosiyasının sammitində bildirib.


Müəllif: