5 May 2016 21:04
470

Times tərəfindən hazırlanmış dünyanın 10 ən güclü universitetləri siyahısında səkkiz ABŞ və iki Britaniya universiteti var.

Azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox getdiyi ölkələrdən olan Türkiyə və Rusiyanın isə heç bir universiteti ən güclü 100 universitet sırasında belə yer almayıb.

Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Dördüncü və beşinci yerlərdə isə Cambridge və Oxford Universitetləri var.

Siyahı, beynəlxalq paneli təşkil edən akademiklərin rəyləri əsasında hazırlanıb. Dünyanın ən etibarlı universitetləri siyahısında ilk 10 universitet bunlardır:

1. Harvard Universiteti
2. Massachusetts Texnologiya İnstitutu
3. Stanford Universiteti
4. Cambridge Universiteti
5. Oxford Universiteti
6. California, Berkeley Universiteti
7. Princeton Universiteti
8. Yale Universiteti
9. Columbia Universiteti
10. California Texnologiya İnstitutu

Dünyanın 100 ən güclü universiteti sırasına Asiya qitəsindən isə 17 ali təhsil ocağı daxil olub.

Ən yüksək reytinqə malik Asiya universitetləri sırasında Toku Universiteti 12-ci, Çinin Tsinghua Universiteti 18-ci, Pekin Universiteti 21-ci və Sinqapurun Milli Universiteti isə 26-cı yerləri tuturlar.


Müəllif: