12 May 2016 08:06
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hüceyrələrlə iş üçün nəzərdə tutulan “Smart Tissue Autonomous Robot” (STAR) “ağıllı” avtonom robotu tarixdə ilk dəfə canlı orqanizmin yumşaq toxumalarında əməliyyat keçirərək bağırsaq anastomozuna tikiş qoymağa (nazik bağırsaq elementlərinin birləşdirilməsi) nail olub.

Teleqraf.com “ICTnews”a istinadən yazır ki, hazırda robotlar cərrahları tam əvəz edə bilmir. Belə ki, robotlar kəsmə, sapları keçirmə və düyünləmə əməliyyatlarını dəqiq yerinə yetirsələr də, onların vizual sistemləri keyfiyyət baxımından ürəkaçan deyil. Robotların daxili orqanlar, qan damarları və digər insan orqanizmi elementləri arasında sərhədləri yaxşı seçə bilmədiyindən onlar indiyədək aparılan əməliyyatlarda yalnız insanlara yardımçı rolunda çıxış ediblər.

Lakin “STAR” bu problemi yaxın infraqırmızı diapazonda flüoressensiya və plenoptik vizullaşdırma texnikası sayəsində qismən həll edə bilib. Belə ki, avtonom robot bir neçə videokamera təsvirini müqayisə etməklə dünyanın üçölçülü modelini yaradıb. Öz hərəkətlərinə maksimum dəqiqliklə nəzarət etmək üçün “STAR” səkkiz dərəcəli müstəqilliyə malik manipulyatordan istifadə edib.

Bildirilir ki, “STAR” insanın rəhbərliyi altında bağırsaq anastomozuna tikişləri cərrah həkimlər kimi yaxşı qoya bilib. Lakin robot bütün bu manipulyasiyalar üçün beş dəfə çox vaxt sərf edib.


Müəllif: