14 May 2016 00:08
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baker & Hostetler" hüquq şirkəti tərəfindən şöbənin rəhbəri vəzifəsinə təyin edilmiş süni intellekt 50 əməkdaşı idarə edəcək.

"Ross" adlı süni intellekt "IBM" şirkəti tərəfindən "Watson" kompüteri əsasında yaradılıb və müflisləşmə işləri ilə məşğul olan şöbəyə rəhbərlik edəcək.

Teleqraf.com "mail.ru" saytına istinadən xəbər verir ki, "süni" hüquqşünas yazılı nitqi dərk etmək, topladığı informasiya əsasında məhkəmə dinləmələri üçün müxtəlif fakt, sənəd və qanuna istinad etməklə qərar çıxarmaq qabiliyyətinə malikdir. Süni intellekt, həmçinin qanunvericilikdə edilmiş dəyişiklikləri izləyir.

"Ross" adlı süni intellekt, həmçinin axtarış sistemi funksiyasını yerinə yetirir. Hüquq fəaliyyətinə aid istənilən sualla ona müraciət etmək olar. Süni intellekt informasiyanı təhlil edərək ən uyğun gələn cavabı verir. Bunun üçün süni intellekt şəxsi məlumat bazasından, həmçinin müxtəlif məhkəmə presedentlərindən istifadə edir. Süni intellekt, həmçinin öyrənmək qabiliyyətinə malikdir.


Müəllif: