19 May 2016 19:58
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 19-da Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, AŞ PA-nın fəxri sədri Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Niderlandın müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edən K.Heydərov bildirib ki, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində sıx əməkdaşlıq mövcuddur.

Səmimi görüşə görə təşəkkürünü bildirən R.Linden deyib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir. Qonaq ümidvar olduğunu bildirib ki, bu səfər də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə daha geniş əlaqələrin formalaşmasına təkan verəcək.

Görüşdə Niderland Krallığının Limburq əyalətinin iqtisadiyyat və bilik infrastrukturu naziri Tvan Beurskens müvafiq sahələr üzrə əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb.


Müəllif: