17 Aprel 2017 17:30
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində E.Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.


Müəllif: