17 Aprel 2017 18:38
10 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Respublikasının XI prezidenti Abdullah Gülün Bakıya səfərinin məqsədi ADA Universiteti ilə Abdullah Gül Universiteti arasında əməkdaşlıq protokolunun imzalanması ilə bağlı olub”.

Bunu Teleqraf.com-un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər. İmzalanma mərasimi ADA Universitetində baş tutub.

Səfirlikdən qeyd ediblər ki, səfər bir gün davam edib. Sabiq prezidenti səfərdə Abdullah Gül Universitetini Dəstəkləmə Vəqfinin məsul şəxsləri müşayiət ediblər.

Qeyd edək ki, aprelin 11-də Türkiyənin XI prezidenti Abdullah Gül Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdən çəkilən fotoda nümayəndə heyətində 4 nəfər olduğu görünür.

Bunlardan cəmiyyətin tanıdıqları yalnız Abdullah Gül və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldır. Teleqraf.com onu da dəqiqləşdirib ki, digər iki şəxs Abdullah Gül Universitetini Dəstəkləmə Vəqfinin məsul əməkdaşlarıdır.

Səxavət HƏMİD


Müəllif: Səxavət HƏMİD