19 Aprel 2017 18:35
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi fəaliyyətini davam etdirir və müəyyən planlarımız var.

Bunu Teleqraf.com-a sözügedən mərkəzdə təmsil olunan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri bildirib ki, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi yaxın vaxtlarda iki tədbir keçirmək haqda qərar verib:

“Bunlardan biri 28 Aprel tarixi ilə bağlıdır. Bildiyiniz kimi, 1920-ci ilin 28 aprelində Rusiya Azərbaycanı işğal etmişdi. Biz 28 apreldə “Azərbaycanın Rusiya tərəfindən işğalı və onun nəticələri” mövzusunda tədbir keçirmək niyyətindəyik.

Digər tədbirimiz isə Azərbaycandakı sosial-iqtisadi vəziyyətin müzakirəsidir. İkinci tədbir mayın birinci ongünlüyündə olacaq”.

Xatırladaq ki, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində KXCP, ADP, ALDP, VİP, Aydınlar, Xalq və Azadlıq partiyaları təmsil olunur.

Cavad


Müəllif: