21 Aprel 2017 13:23
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə referendum fövqəladə vəziyyətin hökm sürdüyü şəraitdə keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının Antalyadan seçilən millət vəkili Dəniz Baykal bildirib.

Prezident Ərdoğana bəzi mesajlar göndərən Baykalın sözlərinə görə, fövqəladə vəziyyət zamanı bir çox ölkələrdə referendum keçirmək qadağandır:

“Referendum ciddi və köklü müzakirələr tələb edir. Nəticə nə oldu? Yüzdə əlli və yüzdə əlli. Detallara getmirəm. Əlbəttə, yüzdə əlli nisbəti ilə bir iqtidar ola bilər, amma konstitusiya ola bilməz. Bu, konstitusiya böhranıdır”.

Daha sonra Dəniz Baykal prezident Ərdoğanın referendumun nəticəsini futbol oyununa bənzətməsini şərh edib: “İndi qarşımızda konstitusiya problemi var. Bunu unutmayaq. Başqa sözlə, bu iş bitməyib. Hörmətli prezident deyir ki, futbol oyununda hesabın 1:0 və ya 5:4 olması fərq etməz, sonda udan komanda 3 xal alır. Bir dəqiqə, hörmətli prezident, bir dəqiqə, oyun hələ bitmədi. Bu hesab oyunun bitdiyi hesab deyil. Daha birinci mərhələdəyik, bunun ikinci dövrəsi var. Hələ 2019-da görüləcək hesabımız var”.

Çıxışının sonunda Baykal CHP rəhbərliyinə də müəyyən məsləhətlər verib:

“Biz birinci dövrədə oynayarkən yüzdə 49-un yüzdə 50 nisbətində bir cədvəl ortaya çıxdı. Bu dəfə hesab çox qiymətli və əhəmiyyətlidir. Mən CHP-ni bu rəqəmə görə təbrik etməyə, həm də xəbərdarlığa gəldim. 2010 və 2011-ci il seçkilərində biz 25,9 faiz səs aldıq. Bunu unutmayaq. Yüzdə 49 faizlik səs almaq təcrübəsi çox əhəmiyyətlidir. Bizim ikinci dövrədə bu səs faizi əsasında oynayacağımız unudulmamalıdır”.

Cavad


Müəllif: