22 Aprel 2017 09:48
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət şərti olaraq “Barışa körpü” adlanan proqram hazırlayıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, partiya liderinin xalqın, Azərbaycanın inkişafına böyük töhfə verəcək islahat proqramı yaxın vaxtlarda elan ediləcək: “Bu proqramın açıqlanması üçün məqam axtarırıq. Ola bilər ki, kimlərsə o proqramı başa düşməyə bilər. Yaxud sənəd sosial-siyasi qıcıq yarada bilər. Yeni ideyalar, islahat proqramları xəstə üçün zəruri olan dərman kimi acıdır, bəzən ağrıdıcıdır. Ona görə də gözləyirik. Siyasətçilərin başa düşəcəyi məqam yetişəndə onu açıqlayaq”.

Əvəz Temirxan qeyd edib ki, Lalə Şövkətin yeni proqramı cəmiyyəti milli və siyasi birliyə, barışığa səsləyir: “Bu proqramda söhbət iqtidarla müxalifətin, cəmiyyətin siyasi barışığından gedir. Liberal Partiyasının bəlası bundadır ki, həmişə zamandan qabağı görür. Biz strateji düşüncə partiyasıyıq. Ancaq yeni fikirləri vaxtından əvvəl açıqlayanda cəmiyyətdə başa düşülmür və gözlənən effekti vermir. Azərbaycan qarşısında duran problemləri bütün müxalifət birləşsə belə, həll edə bilməz. Həll üçün iqtidarla müxalifətin xalqa arxalanan birliyi lazımdır. Sağlam düşüncəli müxalifətdən pozitiv reaksiya gözləyir və dəstək olacağını düşünürük. Elə müxalifət partiyaları da var ki, yetənə yetirlər, yetməyənə bir daş atırlar”.

Nərgiz


Müəllif: