24 Aprel 2017 20:25
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Forumda dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri iştirak edəcəklər

Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş

“Azərbaycan-İtaliya dialoqu” Forumu keçiriləcək. Teleqraf.com-un məlumatına görə, tədbir aprelin 27-də, saat 10:00-da ADA Universitetində baş tutacaq.

Forumun işində Azərbaycan və İtaliyanın dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri, hər iki ölkənin elm və iş adamları iştirak edəcəklər.

Aprelin 28-də, saat 19:00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert olacaq. Konsertdə hər iki ölkənin tanınmış musiqiçiləri iştirak edəcəklər.

Nərgiz


Müəllif: Nərgiz Cavadzadə