25 Aprel 2017 14:51
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların memorialına əklil qoyub.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Litvaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri E.Məmmədyarov Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların Memorialına əklil qoyulması mərasimində iştirak edib.

Fəxri qarovulun müşayiəti ilə keçirilən mərasimdə nazir E.Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsini ehtiramla yad edib.


Müəllif: