25 Aprel 2017 17:46
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ABŞ-ın Azərbaycana maliyyə yardımını dayandırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı xarici yardım olmadan da sabit fəaliyyət göstərə bilir: “35 milyard ABŞ dolları həcmində valyuta ehtiyatımız isə ilin əvvəlindən hətta 1 milyarda artıb. Ancaq yardım məhrum olma Ermənistan üçün çox böyük problemlər yaradacaq. Hələ də normal dövlət siyasəti qura bilməyən qonşu ölkə dünyada öz problemlərini yardımlar hesabına həll etməyə çalışan bir ölkə kimi tanınır. Gah bu, gah digər ölkənin forpostu olan, qonşu ölkələrə torpaq iddiası edən bu süni dövlətin axırı belə də olmalı idi”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Azərbaycana ayrılan maliyyə yardımını dayandırmaq niyyətindədir. ABŞ Dövlət Departamentinin büdcə layihəsində Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə ayrılan vəsaitdən Azərbaycanın payına düşən 7,716 milyon dollar maliyyə yardımı tam dayandırılıb. Ermənistan üçün nəzərdə tutulan 17,633 milyon maliyyə dəstəyi isə 77,3 faiz azaldılaraq 4 milyona endirilib.

Nərgiz


Müəllif: