26 Aprel 2017 13:44
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Parlamentində Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti, italiyalı deputat Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

Oqtay Əsədov Lara Kominin səfərinin nəinki Avropa İttifaqı Parlamenti və Azərbaycan Parlamenti arasında, eləcə də Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib. O, bildirib ki, Milli Məclislə Avropa Parlamenti arasında münasibətlər son vaxtlar çox sürətlə inkişaf edir:

“Biz bundan məmnunuq. Azərbaycan ilə İtaliya arasında da yüksək səviyyəli əlaqələr var”.

Lara Komi isə deyib ki, son zamanlar Azərbaycan ictimayyətinin güclü səsi və qəbul olunmuş qətnamələrin mahiyyəti Azərbaycan diasporunun güclü olduğunu sübut edir.

Qonaq ölkəmizdə olduğu bir neçə gün ərzində keçirdiyi görüşləri məhsuldar hesab etdiyini və bundan məmnunluğunu qeyd edib.

Cavad


Müəllif: