28 Aprel 2017 17:44
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası hələ də sırf “məşvərət” səlahiyyətinə malikdir.

Teleqraf.com xəbər verir ki, bu fikirlə Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov çıxış edib.

Deputat AŞPA-nın 1974-cü ilə qədər öz Nizamnaməsində hər zaman “Məşvərət Assambleyası” adlandığını xatırladıb:

“O, adını 1974-cü ildə dəyişib, çünki parlamentarilər açıq-aydın ad dəyişikliyində təkid edib. Nazirlər Şurası 1994-cü ildə ad dəyişikliyinə razılıq verdi, lakin Assambleyanın missiyası və miqyası, nizamnamədə nəzərdə tutulduğu kimi, tamamilə eyni qaldı. Beləliklə, bu gün baş katiblərin və AİHM-yə hakimlərin seçilməsi istisna olmaqla, Assambleya hələ də sırf “məşvərət” səlahiyyətinə malikdir”.

Onun sözlərinə görə, 22-ci maddədə “Məşvərət (Parlament) Assambleyası Avropa Şurasının məşvərət orqanı olduğu deyilir: “Beləliklə, Assambleya yalnız məşvərət apara bilər, bu isə Oksford lüğətinə əsasən, “uzun və diqqətli müzakirə aparmaq” deməkdir. Deməli, məşvərət assambleyasının hər hansı tipli istintaq orqanı təsis etməsi açıq-aydın qeyri-mümkündür. Bu, nə beynəlxalq hüquqda, nə də üzv dövlətlərin milli hüquq sistemlərində nəzərdə tutulub. İstintaq hərəkətləri aparmağa qadir olan orqanlar üzv dövlətlərin hüquq-mühafizə orqanlarıdır. Şübhəsiz, Assambleya istədiyi mövzu barədə improvizə edə və uydurma yaza bilər. Təəssüf ki, heç bir deputat baş katib Savitskinin şəxsi cəfəngiyyatını dayandırmağa, yaxud düzəltməyə müvəffəq olmayıb, onlara bunun üçün imkan verilməyib. Aydındır ki, bu, təəssüf ki, sadəcə kağız itkisidir. Əlbəttə, bu gün baş katib əldə etdiyi nəticəyə sevinir, çünki sosialistləri və skandinaviyalıları Assambleyadakı üsyanını kor-koranə dəstəkləməyə asanlıqla inandıra bilib. Cənab Savitskinin qaydalarının yeni şərhlərindən biri də odur ki, onun təklifinin bazar ertəsi səhər Büronun sənədlərində olması, həmin gün günorta düzəlişlər olmadan qərar verilməsi və iki gün sonra yenidən düzəlişlər rədd edilərək, plenarda olması problem deyil. Demokratik qərarvericiliyin daha bir nümunəsi! Yaxud demokratiya evində 1 nömrəli məmurun kifayət qədər utancverici üsyanı? Onun Assambleya vasitəsilə irəli sürdüyü sənədi şəxsən ona “namizədlərlə şəxsi danışıqlar aparmaq” və daha sonra üç adla götürmək yaxud götürməmək təklifi vermək səlahiyyəti verir. Şəffaflıq, demokratiyamı?”

Onun fikrincə, bir neçə həftə ərzində aydın olacaq ki, ali baş katib AŞPA-da şəxsi gizli xidmətini yaratmaq ambisiyasının məyusedici xülya ilə bitəcəyini qəbul etməli olacaq:

“Onun AŞPA-nı imperatorsayağı idarə etməsi çox çəkməyəcək. Böyük ehtimalla AŞPA-da bugünkü dövlət çevrilişinə cəhd məhz Savitskinin rəhbərlik etdiyi gizli kəşfiyyat qrupunun sövdələşməsinin nəticəsidir. Assambleyanın daha bir tənəzzülünə görə yalnız o məsuliyyət daşıyacaq”.

Qeyd edək ki, P.Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P.Aqramunta etimadsızlıq məsələsini qaldırıblar. Qurumun yaz sessiyasının iclasında AŞPA sədri çıxışa başlayan kimi Assambleya üzvlərinin əksəriyyəti zalda ayağa qalxaraq onun istefasını tələb ediblər.

Bundan başqa, yaz sessiyasında əsas diqqət çəkən məqamlardan biri də AŞPA-nın Türkiyənin monitorinq altına alınmasına qərar verməsidir.

Xatırladaq ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Nərgiz


Müəllif: