18 May 2017 17:08
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xamneyi bir qrup vətəndaşla görüşərək, ölkədə keçiriləcək prezident seçkilərindən, namizədlərin seçki təbliğatlarında və debatlarda bir-birinə qarşı səsləndirdiyi gözlənilməz bəyanatlardan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Xamneyi çıxışı zamanı prezidentliyə namizədlərdən heç birinin adını çəkməyib.

O deyib ki, seçkilərlə bağlı prosesin üç mərhələsində, yəni seçkilərdən əvvəl, seçkilər günü və seçkilərdən sonrakı mərhələdə qanuna və nizam-inzibata riayət olunmalıdır:

“Təəssüflər olsun ki, seçki rəqabətlərində bəziləri elə sözlər deyir ki, onlar heç də millətə layiq deyil. Çünki nizam-intiama və qanuna riayət olunması millətin xeyrinədir, buna riayət edilməməsi isə ölkə üçün çox ziyanlıdır”.

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri bu həftənin cümə günü keçiriləcək.


Müəllif: Samir İsayev