18 May 2017 17:15
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Rusiya Federasiyasının Ehtiyat Fondu tamamilə tükənəcək. Maliyyə Nazirliyi Milli Rifah Fondunun vəsaitlərini xərcləməyə başlayacaq.

Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Maliyyə naziri Anton Siluanov bildirib.

“Büdcəyə müvafiq olaraq Ehtiyat Fondun vəsaitləri də tamamilə xərclənəcək. Biz Milli Rifah Fondunun vəsaitlərini xərcləməyə başlayacağıq. Bu, büdcədə öz əksini tapacaq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, Ehtiyat Fondunun bərpası 2018-ci ildə baş tutacaq: “Bununla belə biz Ehtiyat Fondunun bərpası məsələsinə baxırıq, ancaq bu, 2018-ci ildən tez olmayacaq”.


Müəllif: Səxavət HƏMİD