18 May 2017 19:26
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

USAID Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Teleraf.com xəbət verir ki, bu sözləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

O bildirib ki, ABŞ-ın 2018-ci il üçün büdcəsi ilə bağlı ilkin layihənin yayılmasından sonra bəzi ölkələrə maliyyənin azaldılması və ya kəsilməsi ilə bağlı şayiələr yayılıb: "Lakin ABŞ-da sistem belədir ki istənilən büdcə layihəsi Konqres ve Senatdan keçməlidir. Müəyyən vaxtdan sonra maliyyənin kəsilib-kəsilməyəcəyi dəqiqləşəcək. Bu müddətdə isə biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Marqo Ellis əlavə edib ki, ABŞ-la Azərbaycan hökumətləri arasında 25 ildir tərəfdaşlıq əlaqələri mövcuddur: "ABŞ bu müddət ərzində Azərbaycan xalqının firavanlığının yaxşılaşdırılması, dövlətin demokratik, sabit olması məqsədilə 1, 3 milyard dollar yardım edib, sərmayə yatırıb. Bu yardımdan 400 milyon dollar USAİD vasitəsilə təqdim olunub. Tərəfdaşlığımız davamlılığı ilə seçilib. Bakıya böyük məmnuniyyətlə gəlmişəm. Səfərim çərçivəsində 2 gün ərzində bir sıra görüşlər keçirmişəm. Xarici işlər nazirinin müavini Xələf Xələfov, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, o cümlədən QHT nümayəndələri, donor təşkilatlarının nümayəndələri ilə görüşmüşəm".

Nərgiz


Müəllif: Teleqraf.com