18 May 2017 19:45
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

QHT-lərin qeydiyyatı məsələsini Azərbaycan hökumət üzvləri ilə görüşdə müzakirə etdik.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

O bildirib ki, ABŞ Azərbaycan hökuməti tərəfindən QHT-lərin qeydiyyatı zamanı vahid pəncərə sisteminin tətbiqini alqışlayır:

"USAİD proqramlarını vətəndaş cəmiyyətinin təmsilçiləri olan QHT-lər vasitəsi ilə həyata keçirir. Bu səbəbdən QHT-lərin qeydiyyatı bizim üçün əhəmiyyət daşıyır. Düşünürəm ki Azərbyacan hökuməti bunun bizim üçün nə dərəcədə vacib olduğunu başa düşür".

Nərgiz


Müəllif: Teleqraf.com