19 May 10:56

İran Prezidenti Həsən Ruhani Tehranda qeydiyyatda olduğu seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Teleqraf.com-un “İrna”ya istinadla verdiyi məlumata görə, səsvermədən sonra jurnalistlərə açıqlama verən Ruhani qeyd edib ki, xalqın seçkilərdə aktiv iştirakı ölkənin milli təhlükəsizliyini möhkəmləndirəcək: “Ölkə prezidenti seçiləcək istənilən namizədə kömək etmək lazımdır”.

Həsən Ruhani özü prezidentliyə namizəddir.

Qeyd edək ki, bu gün İranda prezident seçkiləri keçirilir. İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 mln. nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 66500 seçki məntəqəsi açılıb.


Müəllif: Nərgiz