19 May 2017 11:12
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Trampın Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün məlumatları Konqresə göndərib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, sənədlər nazirliyin maliyyə kəşfiyyatı xidmətindən (FİNCEN) Konqresin hər iki palatasının kəşfiyyat üzrə komitəsinə daxil olub.

Qeyd edək ki, FİNCEN maliyyə axınları və "pulların yuyulması" sxeminin monitorinqi ilə məşğul olur.

Bu qurum bütün dünyada banklardan informasiya toplayır.

"Maliyyə sənədlərinin və tranzaksiyaların öyrənilməsi Trampın Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün olduqca vacibdir", - Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü, demokrat Adam Şiff CNN-ə bildirib.


Müəllif: Teleqraf.com